Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri – VİDEO

Əsası Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuş 123,6 km uzunluğunda Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd (Zəngəzur dəhlizi) avtomobil yolunun tikintisinin yeni görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, Hacıqabul – Horadiz – Ağbənd – Zəngəzur avtomobil yolunun bir hissəsi olan Goradiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir.