1770757627 1769944942 zelenskii 900x600 1

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi Rusiyanın hücumlarına cavab vermək üçün uzaqmənzilli zərbə vasitələrinin sayını artıracaq.

Globalinfo.az-ın xəbərinə görə, Zelenski bu barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya hər gün Ukraynaya 650-yə qədər pilotsuz uçuş aparatı və 35-100 arasında raket zərbəsi endirir.

“Biz də cavab veririk. Hazırda eyni sayda vasitələrimiz olmasa da, 300-350 zərbə vasitəsindən istifadə edirik. Elə bir səviyyəyə çatacağıq ki, Rusiyaya tam həcmdə cavab verə bilək. Onlar bu müharibəni öz evlərində də hiss edəcəklər. Rusiyanın müharibəni diplomatik yolla başa çatdırmağın yeganə vasitəsi olduğunu anlaması vacibdir.”, – deyə Zelenski vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: