Zelenski Rusiyaya qarşı böyük savaşa hazırlaşdığını dedi

Ukrayna Krıma əks-hücum planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya qoşunlarını sıxışdıracaq və Krımı Kiyevin nəzarətinə qaytaracaq. O, ordusunun uğurunun böyük hissəsinin Qərbin Kiyevə edəcəyi silah yardımından asılı olacağını deyib.

Zelenski həmçinin konfliktin onlarla il davam edə biləcəyini də istisna etməyib. Bununla belə Ukrayna lideri əks-hücumun detalları barədə məlumat verməyib.

Globalinfo.az