“Bəzi komandirlər cəbhədəki ayrı-ayrı bölgələrin real vəziyyəti ilə bağlı yuxarı komandanlığa yalan məlumat ötürürlər”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.
O, belə hərəkətlərin heyət üçün birbaşa təhlükə yaratdığını bildirib:
“Vəziyyətin dəyərləndirilməsi və tədbirlərin görülməsi üçün doğru məlumatların əldə olunması vacibdir. Düşmənin hərəkətləri bu sayədə izlənilir. Bu yaxınlarda Pokrovski istiqamətində bənzər vəziyyət yaşadıq. Yalan məlumatlar döyüşçülərimizin həyatı üçün təhlükə yaradır. Artıq mövqelərdəki real vəziyyəti öyrənmək üçün bir neçə mənbədən yararlanırıq”.
Əliyar Xəlil
Globalinfo.az