olena zelenska melania trump letter ukraine us scaled

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) Yelena Zelenskaya ilə bağlı istintaqı başa çatdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Agentlikdəki mənbənin sözlərinə görə, korrupsiyaya qarşı mübarizə orqanları Prezident Volodimir Zelenskinin həyat yoldaşının həbsi üçün əsas ola biləcək bir neçə iş toplayıb. Hazırda onlar hansı cinayət işinin birinci olacağına qərar verirlər.

Mənbə həmçinin bildirib ki, Volodimir Zelenski davam edən istintaqdan xəbərdardır və ailəsi üçün təhlükəsizliyi artırıb. Bundan əlavə, Ukrayna siyasi strateqləri, boşanma da daxil olmaqla, nüfuza dəyən ziyanı azaltmağın mümkün yollarını müzakirə edirlər.

Qeyd edək ki, daha əvvəl Yelena Zelenskayanın ukraynalı uşaqları Türkiyəyə apararaq pul qazandığı bildirilirdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: