27 sentyabrda Qarabağda müharibə başlayan an Putin… – Zaxarova sirri açdı

“2020-ci ilin payızında müharibə başladığı andan etibarən Prezident Vladimir Putin Ermənistan özünü yalnız hiss etməsin deyə döyüşləri dayandırmaq üçün hər şeyi etdi”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiya XİN rəsmisi N.Paşinyanın 44 günlük müharibə zamanı iki KTMT ölkəsinin Ermənistana qarşı müharibə hazırlığı gördüyünə dair açıqlamasına da münasibət bildirib.

Zaxarova baş nazirin həmin ölkələrin adlarını açıqlamalı olduğunu deyib:

“Əgər bu qədər ciddi bəyanat səsləndirilirsə, həmin ölkələrin adı çəkilməlidir. Bunu İrəvanın öhdəsinə buraxaq. Rusiya müharibənin ilk günündən Ermənistanın özünü tərk edilmiş, unudulmuş hiss etməməsi üçün əlindən gələni edirdi. Xatırladım ki, Vladimir Putin həm İlham Əliyevlə, həm də Nikol Paşinyanla intensiv olaraq telefon danışığı aparırdı. Hələ oktyabrda atəşkəs təklifi vardı, Azərbaycan Prezidenti döyüşləri dayandırmağa razılaşmışdı. Lakin Ermənistanın Baş naziri bu təklifdən imtina etdi. Nəticənin necə olduğu isə hamıya məlumdur”.

Ayşən Mustafa
Globalinfo.az