Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə gecə saat 23 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Opel” və VAZ 21099 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ 21099 markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Qəza zamanı daha bir nəfər – Muxax kənd sakini, 21 yaşlı Ubadulla Əli oğlu Əliyev xəsarət alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.