Yolkaya prezidentlərin şəkillərini asdılar – FOTO

Rusiyanın Tver vilayətinin mərkəzi yolkasında ABŞ Prezidenti Co Bayden, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa dövlət başçısı Emmanuel Makron, rusiyalı müğənni Alla Puqaçova, yumorist Maksim Qalkin və latviyalı müğənni Laima Vaykulenin fotoları asılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, tanınmış şəxslərin fotoları üzərində “Rusiya ən yaxşısıdır”, “Rusiya dünyanı idarə edir” və “Yeni iliniz mübarək!” sözləri yazılmış kağız fiqurlara yapışdırılıb.

Belə bir təşəbbüsün müəllifi hələlik məlum deyil.