1684314422 03eb58dae0e6901414ec0834e43198f7

Yevlaxda sürücü qəza törədib.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Əxşam kəndi yaxınlığından keçən hissəsində baş verib.

Əldə olunan ilkin məlumata görə, “Şevrolet” markalı avtomobil iki maşınla toqquşub.

Hadisə zamanı vurulan “Mersedes” markalı avtomobillərdən birinin sürücüsü və sərnişin (yeniyetmə qız – red) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Paylaş: