“Andrey Yermak istefa verdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun-uzadı söhbət edib”.
Globalinfo.az xəbər verir ki, bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak deyib.
“İşdən çıxarıldıqdan sonra Yermak noyabrın 29-da prezidentin ofisində idi. O, uzun müddət burda qalıb. Yermak və Zelenski təkbətək danışıblar. Yermak sadəcə əşyalarını götürmək üçün orada olmayıb”, – deputat bildirib.
Qeyd edək ki, noyabrın 28-də axşam Zelenski Yermakın istefasını qəbul edib və həmin gün antikorrupsiya rəsmiləri onun mənzilində axtarış aparıblar.
Əliyar Xəlil
Globalinfo.az