PUA insidenti ilə bağlı Varşavanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclası sentyabrın 12-də keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə PAP agentliyinə Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şerski məlumat verib.

“BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası cümə günü Polşa vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 23:00-da – red.) keçiriləcək”, – agentlik onun sözlərindən sitat gətirib.

Paylaş: