Yeni gərginlik: 45 təyyarə və 9 gəmi hərəkətə keçdi

 Tayvanın ətrafında Çinin 45 təyyarəsi və 9 gəmi görünüb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi “X”də məlumat yayıb.

Məlumata görə, son sutka ərzində Tayvan boğazı zonasında Çin Xalq Azadlıq Ordusunun 45 təyyarəsi və 9 gəmisi qeydə alınıb. Onlardan 27-si Tayvan boğazının median xəttini keçərək adanın hava hücumundan müdafiə sisteminin identifikasiyası zonasına daxil olub.

Silahlı qüvvələrə vəziyyəti izləmək və tələb olunarsa, bu hərəkətlərə cavab vermək tapşırığı verilib.

Qeyd edək ki, bunlar SU-30 qırıcıları, Y-9 nəqliyyat təyyarəsi, Z-9 helikopteri, J-10 və J-11 qırıcıları olub.