1072092070.jpg

Böyük Britaniyanın sabiq Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqına yenidən üzvlüyü ehtimalına qarşı çıxıb. O, hazırkı Baş nazir Endi Börnhemi “Brexit” məsələsini yenidən müzakirəyə çıxarmamağa çağırıb.

Globalinfo.az xəbər verir ki, Mey BBC telekanalının “Sunday with Laura Kuenssberg” proqramına müsahibəsində hökumət başçısının Böyük Britaniyanın Aİ-yə qayıtması imkanını nəzərdən keçirməsindən narahatlığını ifadə edib.

“Brexit artıq baş tutub. Sadəcə bunu qəbul edin və yolunuza davam edin”, – deyə sabiq baş nazir vurğulayıb.

Onun fikrincə, Börnhem ölkənin Avropa İttifaqından çıxması ilə bağlı referendumun nəticələrini yenidən müzakirə etməyə çalışır.

Mey hesab edir ki, hökumət keçmiş qərarlara qayıtmaq əvəzinə, Britaniyanın hazırkı problemlərinin həllinə diqqət yetirməlidir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: