mehkeme

Qazaxıstanın Aktau şəhərində qaçaqmalçıya 10 il həbs cəzası verilib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, Baş Nəqliyyat Prokurorluğunun məlumatına görə, o, 2016-2018-ci illərdə tikinti materialları adı altında İrandan Qazaxıstana 1 milyard təngədən çox dəyərində siqaret və tütün daşıyan qrupa rəhbərlik edib.

Mütəşəkkil cinayətkar dəstənin rəhbəri beynəlxalq axtarışda olub və Azərbaycanda saxlanılaraq, Qazaxıstana ekstradisiya edilib. Qrupun qalan üzvləri artıq müxtəlif növ cəzalara məruz qalıblar.

Paylaş: