Xocalı qatili etiraf etdi: 44 günlük müharibədən sonra…

“Bu gün rəsmi İrəvan üçün əsas məsələ hakimiyyəti qoruyub saxlamaqdır, real problemlərə isə diqqət yetirilmir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, Xocalı qatili Seyran Ohanyan deyib.

“Bu dövrdə onlar bütün səylərini mandatlarının saxlanılmasında cəmləşdiriblər, Qarabağda və sərhəddə baş verən problemlərə deyil. Hakimiyyət 44 günlük müharibədən sonra qərarları təzyiq altında qəbul edir. Nail olduqları razılaşmaların hamısı regionun yeni iştirakçılarının təzyiqi ilə mümkün olub”, – S.Ohanyan bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az