6a6e3950580296a6e39505802a17856085286a6e3950580276a6e395058028 3

Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğasının baş vermə ehtimalı 75 faiz qiymətləndirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava mərkəzi məlumat yayıb.

Mərkəzin proqnozuna görə, Günəş küləyinin sürəti saniyədə 600 kilometr və daha yüksək həddə çata bilər. Bu isə geomaqnit sahəsində zəif (G1) və ya orta (G2) gücündə maqnit qasırğasının yaranmasına səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, geomaqnit aktivliyinin artması iyulun 30-da Günəşdə qeydə alınmış tac kütləsi atılması ilə əlaqədardır. Proqnoza əsasən, maqnit qasırğasının yaxın gecənin ikinci yarısında başlaması və təxminən 6-9 saat davam etməsi gözlənilir.

Bununla yanaşı, “Fobos”un məlumatında qeyd olunur ki, maqnit qasırğası səviyyəsinə çatmayan geomaqnit pozuntuları bazar gününün sonuna, eləcə də bazar ertəsinin ilk yarısınadək müşahidə oluna bilər.

Paylaş: