Qarabağdakı keçmiş separatçı rejimin son rəhbəri Şamvel Şahramanyan Ermənistan istintaq orqanları tərəfindən dindirilməyə çağırılıb.
Globalinfo.az xəbər verir ki, Şahramanyanla bərabər bir müddət əvvəl Azərbaycandan Ermənistana gedən Sərkis Qalstyan da dindirilməyə dəvət edilib.
Ermənistan İctimai Televiziyası yazıb ki, Qalstyan Ermənistan istintaq orqanlarının ona qarşı irəli sürdüyü iddiaları qəbul etməyib. O, Azərbaycanla əlaqəni Şahramanyanın icazəsi ilə həyata keçirdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Sərkis Qalstyan Azərbaycana casusluqda ittiham edilib. O, Azərbaycanın Qarabağdakı antiterror əməliyyatından sonra Xankəndidə qalan sonuncu separatçı nümayəndə idi. S.Qalstyan bu ilin əvvəlində öz istəyi ilə Azərbaycanı tərk edərək, Ermənistana gedib və burada saxlanılıb.
Əliyar Xəlil
Globalinfo.az