Xankəndidəki bu binanın bağlanması üçün məxfi danışıqlar aparılır

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi komitənin Xankəndidəki ofisinin bağlanacağına dair məlumatlara münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Ermənistan nümayəndəliyinin mətbuat katibi Zara Amatuni belə bir məsələnin gündəmdə olmadığını deyib.

“Ümumiyyətlə, belə bir proses getmir. Aidiyyəti orqanlarla dialoqumuz barədə açıq məlumat verə bilmərik. Sadəcə, mandatımız çərçivəsində regionda, o cümlədən Qarabağda humanitar xidmətlər təklif etməyə hazırıq.

İstənilən vəziyyətlə bağlı sualı məxfi dialoq yolu ilə həll edəcəyik. BQXK ehtiyac duyulan yerlərdə qalır. Bizim hansısa bölgədə nəyin bahasına olursa olsun qalmaq kimi bir hədəfimiz yoxdur”, – Z.Amatuni qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az