“İsrailin Baş naziri Benyamin Netanyahunun harada görüşlər keçirdiyini bilirik”.
Globalinfo.az xəbər verir ki, bunu İranın keçmiş ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin müşaviri olmuş Yəhya Rəhim Səfəvi deyib.
O, İranın Netanyahunun görüş keçirdiyi məkanlar barədə məlumatlı olduğunu vurğulayıb.
R.Səfəvi Tehranın məlumat bazasını genişləndirdiyini söyləyib.
Qeyd edək ki, İran tərəfi bundan əvvəl Benyamin Netanyahunun ofisinin vurulduğunu bəyan etsə də, İsrail bu iddiaları təkzib edib.
Əliyar Xəlil
Globalinfo.az