Xalq artisti qalmaqal yaradan fikirlərinə aydınlıq gətirdi

“Açıqlamamda erməniləri tərifləməmişəm, mənim adımdan yalan məlumat yaymasınlar”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev “ermənilərin arasında da yaxşı insanlar var” fikirlərinin müzakirələrə səbəb olması haqda danışarkən deyib.

“Jurnalist fikrimi soruşub, cavabımda uşaq vaxtı onlarla bir yerdə yaşadığımı demişəm. Hətta dedim ki, hər millətin pisi də var, yaxşısı da, amma ilanın ağına da, qarasına da lənət. Bu, tərifdir? Harada tərifləmişəm? Demədiyim sözü mənim adımdan yazmasınlar”, – M.Tağıyev qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az