
Xaçmaz rayonunun Xaspolad-oba kəndində bıçaqlanma hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Ramin Ədilov bıçaq xəsarəti alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
R.Ədilov bildirib ki, ona dostu Seyidbaba adlı şəxs bıçaq xəsarəti yetirib.
Hazırda onu bıçaqlayan şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.