Xaçikyan ermənilərin acı reallığını etiraf etdi

Beynəlxalq siyasətdə hər şey maraqlara və güc münasibətlərinə əsaslanır, amma Ermənistan bunu qəbul etmək istəmir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında ekspert Artur Xaçikyan deyib.

“Biz hər şeyə daha emosional yanaşırıq. Pelosinin səfərini xatırlayaq: vədlər verildi, amma bundan sonra heç nə edilmədi. Fransaya gəlincə, iki əvvəl Senat “dağlıq qarabağ respublikası”nı tanıyan qətnamə qəbul etdi. Bunun da nəticəsi olmadı. Daha sonra Makronun gözəl çıxışı oldu və Ermənistanı, erməniləri tək qoymayacağını dedi. Yenə də heç nə baş vermədi. Fransa Senatının Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran son qətnaməsi də çətin ki, real fəaliyyətə gətirib çıxarsın”, – o bildirib.

İlkin
Globalinfo.az