“Nepalda baş verən daşqınlar geniş müzakirələrə səbəb olub. Sosial mediada çinlilər və o bölgədə yaşayan insanlar arasında müxtəlif müzakirələr aparılır, fotolar paylaşılır. Paylaşımlarda Çin ordusuna məxsus helikopterlərin ərazilərdə axtarış həyata keçirdiyi və orada müəyyən hərbi obyektlər aşkar etdiyi bildirilir. İddialara görə, ərazidə xüsusi hazırlanmış partlayıcılar da tapılıb”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli bloger Kaan Demirel sosial deyib.
Onun sözlərinə görə, Çin hökumətinin qəbul etdiyi qərara əsasən, fövqəladə vəziyyət yaranacağı təqdirdə bütün televizorlara və mobil telefonlara xəbərdarlıq mesajları göndəriləcək:
“Vətəndaşlardan bölgənin müdafiəsi üçün ən yaxın səfərbərlik şöbəsinə getmələri tələb olunacaq. Mesajda insanların mümkün müharibəyə hazır olmaları da bildirilir.
Çinlilərin sosial mediada yaydığı məlumatlara görə, Pekin real müharibəyə hazırlaşır. Bildirilir ki, dünyanın bir çox ölkəsi də bu istiqamətdə hazırlıqlar həyata keçirir. Əvvəllər daha çox gizli şəkildə aparıldığı deyilən bu hazırlıqların hazırda getdikcə daha açıq şəkildə həyata keçirildiyi iddia olunur”.
Safura Bənnayeva
Globalinfo.az
