iran1

Finlandiyalı siyasətçi və Azadlıq Alyansının üzvü Armando Mema Ukrayna Prezidenti barədə sərt ittihamlar səsləndirib.

Globalinfo.az xəbər verir ki, siyasətçi X sosial şəbəkəsində paylaşdığı açıqlamada Ukraynanın İran gəmisinə hücum etməsinin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu iddia edib.

O bildirib ki, Kiyev daha əvvəl də Avropanı Rusiya ilə münaqişəyə cəlb etməyə çalışıb.

Memanın sözlərinə görə, İran gəmilərinə qarşı həyata keçirilən hücum regionda gərginliyi daha da artıraraq Üçüncü Dünya Müharibəsi riskini yüksəldə bilər.

Siyasətçi yaranmış vəziyyəti “son dərəcə təhlükəli” adlandırıb və bu addımın görünməmiş nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Tahir Turan

Globalinfo.az

Paylaş: