İsrail Misirin təklif etdiyi planı nəzərdən keçirəcək

İsrailin hərbi kabineti Misirin HƏMAS-İsrail münaqişəsinə dair təklif etdiyi sülh planını müzakirə etmək üçün bu axşam görüşməyi planlaşdırır.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  bu barədə “The Wall Street Journal” (WSJ) İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, Misirin təklif etdiyi planın bəzi müddəaları, o cümlədən HƏMAS hərəkatının nümayəndələrinin Qəzza zolağının keçid hökumətinə daxil ola bilməsi Tel-Əviv üçün qəbuledilməzdir.

Nəşr Qəzzada girovların azad edilməsi üçün danışıqlarda İsrail tərəfində iştirak edən Gerşon Baskindən sitat gətirir:

“Bu razılaşma HƏMAS-ın qələbəsi kimi görünür və israillilərin bununla razılaşacağını təsəvvür etmək mənim üçün çox çətindir”.