Müharibədən sonra erməni tərəfdən təkliflər gəldi – Fuad Muradov

“44 günlük müharibədən sonra erməni tərəfdən birgə danışıqlar, təmaslarla bağlı təkliflər gəldi”.

Globalinfo.az bildirir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin vaxt diaspor qəti şəkildə bundan imtina etdi: “Çünki torpaqlarımız işğal altında idi. İndiki mərhələdə isə belə fikirlər hələ ki yoxdur”.

F.Muradov söyləyib ki, Azərbaycan rəsmiləri lazımi işlərlə məşğul olurlar: “Reinteqrasiya və etimad mühitinin qurulması istiqamətində işlər davam edir. Amma, əlbəttə, bu asan məsələ deyil. İndiki məqamda isə hələ ki şəhidlərimizi anırıq”.