Vardanyanla bağlı yeni faktlar üzə çıxdı – FOTO

“Laçın” postunda saxlanılaraq Bakıya gətirilən və terrorçuluğu maliyyələşdirməkdə ittiham edilən erməni separatçı Ruben Vardanyanın Hollivudda dəstəkçiləri var.

Globalinfo.az xəbər verir ki, bu barədə İtaliyanın “İl Giornale” nəşrində Vardanyana həsr edilən məqalədə qeyd olunur.

Nəşr onun əvvəlki fəaliyyəti, çirkli pulların yuyulması ilə bağlı haqqında aparılan araşdırmaları və Qarabağda saxlanılaraq Bakıya gətirilməsi ilə bağlı məlumatları təqdim edib.

Məqalədə onun dünya məşhurları, futbolçular və Hollivud ulduzları arasında dəstəkçilərinin olduğu yazılıb. Onlardan biri amerikalı məşhur aktyor Corc Klunidir.

Məlumata görə, Vardanyan Kluni ilə şəxsən tanışdır, onlar birlikdə “humanitar və xeyriyyə işləri” həyata keçiriblər. 2016-cı ildə amerikalı ulduz Vardanyanın müşayiəti ilə Ermənistana səfər edib, onlar birlikdə yerli televiziyaya müsahibə veriblər. Hətta Kluni saxta “erməni soyqırımı” haqqında danışıb.

Kluninin Vardanyanın həmtəsisçisi olduğu “Avrora” mükafatının seçim komitəsinin həmsədri olduğu bildirilir.

Ayşən Mustafa
Globalinfo.az