Bakı bu əməliyyatı onların vaxtında keçirdi – Mkrtçyan

“Ruben Vardanyan “persona non-qrata” elan edilməli, Ermənistanın suverenliyinə qarşı çıxdığına görə cəzalandırılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan deyib.

Mkrtçyan Vardanyanın Ermənistanı Qarabağla bağlı mövqeyinə görə tənqid etməsini əsas gətirərək, onun cəzalandırılmalı olduğunu bildirib:

“Ruben Vardanyan Kremldən növbəti dəfə tapşırıq alıb və hazırda Qarabağda onu yerinə yetirməyə çalışır. Davamlı olaraq ölkənin suverenliyinə qarşı bəyanatlar vermək nə deməkdir?! Onlar kimə xidmət edirlər? Bu artıq milli təhlükəsizliyə təhdiddir. Qarabağ məsələsində beynəlxalq mexanizmin yaradılmasından danışırlar. Niyə Xankəndidəkilər özləri Bakı ilə danışmağa cəhd etmirlər?

Vardanyan deyir ki, sülhməramlılara beynəlxalq mandat verilməlidir. Elə onların xidməti müddətində Fərrux əməliyyatı keçirilmədimi? Laçında sərhəd-buraxılış məntəqəsi qurulub, Həkəridə Azərbaycan bayrağı asılmadımı? Bu çağırış regionda vəziyyəti qızışdırmaqdan başqa bir şey deyil. O öz imkanları vasitəsilə Qarabağ daxilində təsir dairəsini genişləndirib, indi də Ermənistana əl uzadır”.

Ayşən Mustafa
Globalinfo.az