pro pro pro18

“Apple” şirkəti Ayfon 18 Pro və Ayfon 18 Pro Maks smartfonları üçün nəzərdə tutulan komponentlərin istehsal həcminin azaldılması barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nikkei Asia” nəşri məlumat yayıb.

Məlumata əsasən, yaddaş çiplərinin qiymətindəki kəskin artım və smartfonların ümumi qiymətinin yüksəlməsi istehlakçıların bu modellərə marağının azalmasına səbəb olub.

Bildirilib ki, Ayfon 18 Pro və Ayfon 18 Pro Max modellərinin satışa çıxarıldığı ilkin qiymət əvvəlki nəsil cihazlarla müqayisədə 100 dollar daha yüksəkdir.

Paylaş: