netanyahu 1 900x563 1

İsrailin Baş naziri Benyamin Netanyahu Nobel Komitəsinin Navi Pillaya mükafat verilməsi ilə bağlı qərarını sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Netanyahu özünün rəsmi “X” hesabında paylaşım edib.

“Nobel Komitəsi mənəvi kompasını itirib”, – deyə Netanyahu bildirib.

O, Navi Pillayı İsrailə qarşı yalan iddialar yaymaqda ittiham edib.

Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xanı da tənqid edərək, onun İsrailə qarşı ittihamlar irəli sürmək üçün Pillayın bəyanatlarından yararlandığını iddia edib.

İsrailin baş naziri Kərim Xana qarşı BCM əməkdaşları tərəfindən irəli sürülən zorlama və cinsi təcavüz iddialarını da xatırladıb.

“Yalanları Pillay yaydı, Xan isə onları silaha çevirdi”, – deyə Netanyahu vurğulayıb.

O, həmçinin Nobel Komitəsini İsrailə qarşı mənfi münasibəti təşviq etməkdə və ədalət prinsiplərini pozmaqda ittiham edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: