abs iran

Pentaqonun İrana qarşı üç günlük genişmiqyaslı hücum planı hazırladığına dair məlumat yayılıb. İddiaya görə, hədəflər arasında İranın raket və PUA ehtiyatları, enerji obyektləri və SEPAH-ın qərargahları var.

Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp son aylarda İran və husilərə qarşı hərbi əməliyyatlarla bağlı beş təklifi rədd edib.

Belə bir hücum mövcud vəziyyətdə nə dərəcədə gözləniləndir? Bu dəfə müharibə nə ilə nəticələnə bilər? Gərginlik Cənubi Qafqaza sıçraya bilərmi?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, hazırda Pentaqonda İrana qarşı qısamüddətli zərbələrin endirilməsi ilə bağlı müzakirələr aparılır:

“Ümumiyyətlə, ABŞ seçkilərə qədər hər hansı hərbi əməliyyatla bağlı irəliyə doğru addım atmaq niyyətində deyil. Bununla belə, elə məsələlər yarana bilər ki, həmin dövrdə ABŞ-ı bu addımı atmağa vadar etsin. Əsas məsələ odur ki, ABŞ İranda baş verən prosesləri diqqətlə izləyir.

Vaşinqton Tehrana ciddi sanksiyalar tətbiq edir. Hörmüz boğazına yaxın ərazilərə zərbələr endirir, boğazda nəzarəti təmin edən radarları, PUA və ballistik raket mövqelərini neytrallaşdırır. İran tərəfinin müəyyən hazırlıqlar görməsi də mümkündür. ABŞ-ın məqsədi bu hazırlıqların qarşısını almaq ola bilər.

murad sadeddinov 1 900x551 1
Murad Sadəddinov

Digər səbəb İranın nüvə obyektlərinin ABŞ-ın ciddi nəzarəti altında olmasıdır. Burada, xüsusilə, kosmik müşahidə imkanlarından söhbət gedir. Bununla belə, ABŞ-ın mütləq hücuma başlayacağını demək çətindir. Seçkilərdən sonra fərqli ssenarilər gündəmə gələ bilər.

Məsələnin iqtisadi tərəfi də var. Belə bir addım neft və qaz qiymətlərinin artmasına səbəb ola bilər. Tramp qərar verərkən bu amilləri də nəzərə almalıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: