orig 2

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətində növbədənkənar seçki məsələsi ilə bağlı fikir ayrılığı yaranıb. Bu fonda beş rəhbərin istefa verdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Bildirilib ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu seçkilərin əvvəlcədən müəyyənləşdirilmiş təqvimə uyğun keçiriləcəyini açıqlayıb. İdarə Heyətinin əksər üzvləri isə vəzifələrində qalmaq qərarını dəstəkləyiblər.

Federasiyanın vitse-prezidenti Məcnun Otyakmaz istefa verdiyini bəyan edib. 

Məlumata görə, Məcnun Otyakmazla yanaşı, Bilal Arslan, Mustafa Bozbağ, Bahadır Saraç və Murat Şahin də istefa veriblər. Bununla bağlı məlumat hələlik iddia kimi təqdim olunur.

Paylaş: