09 shutterstock 795847477 scaled

Naxçıvan şəhərində magistral su xəttində yaranmış qəza ilə əlaqədar bir sıra ərazilərdə su təchizatında müvəqqəti fasilə olacaq.

Globalinfo.az xəbər verir ki, oktyabrın 12-də saat 21:00-dan etibarən suyun verilişi şəhərin Ə.Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrində dayandırılacaq.

Məhdudiyyət 6, 11, 58, 59 və 61-ci məhəllələri, Hərbi şəhərcik 2 ərazisini, həmçinin Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərini də əhatə edəcək.

Qəzanın aradan qaldırılmasından sonra suyun verilişinin oktyabrın 13-də günün birinci yarısında əvvəlki rejimdə bərpa olunacağı gözlənilir.

Paylaş: