Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampı Rusiya lideri Vladimir Putinlə Rusiyadan dizel yanacağı tədarükünə qoyulan sanksiyaların ləğvi barədə razılığa gəldiyinə görə tənqid edib.
Globalinfo.az xəbər verir ki, o, müvafiq mesajı teleqram kanalında paylaşıb.
“Rusiya ilə aydın və davamlı gərginliyin azaldılması barədə razılaşma olmadan ona qarşı sanksiyaların yumşaldılması açıq-aşkar zəifliyin əlamətidir”, – deyə o yazıb.
Onun sözlərinə görə, Rusiyanın neft məhsullarının satışına icazə vermək sona çatdırılmalı olan müharibəyə investisiyadır.
Zelenski Vaşinqton və Moskva arasında “zəif yox, güclü” bir söhbət gözlədiyini vurğulayıb.
Tahir Turan