Ermənistanın Şaki kəndində Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı insident zamanı yaralanan Ani Avetisyana “Qəhrəman ana” medal təqdim edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Hadisə zamanı yaralanan qadının xəstəxanadan görüntüləri də sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev sentyabrın 26-da hərbi hissəni özbaşına tərk etdikdən sonra Ermənistan ərazisinə keçib. O, oktyabrın 1-də Şaki kəndində bir evə daxil olub. Daha sonra ev sahibi ona bıçaqla xəsarətlər yetirəndə silahdan atəş açıb.
Ermənistan rəsmiləri Azərbaycan əsgərinin atəş açmaq, təxribat törətmək niyyətində olmadığını bəyan ediblər.
