6ac9210ec1e056ac9210ec1e0617915660946ac9210ec1e036ac9210ec1e04

Şəkidə baş verən ağır yol qəzası ölümlə nəticələnib, bir neçə nəfər xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun İnçə kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 47 yaşlı Afdandil Mirzəyevin idarə etdiyi “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Toqquşma nəticəsində sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qəza zamanı xəsarət alan sərnişinlər Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilir, müayinələri davam etdirilir. Yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş: