foto34

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycan və Türkiyə arasındakı münasibətlərə qarşı yönəlmiş qərəzli paylaşımların aşkarlandığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında yayımlanan bəyanatda bəzi beynəlxalq media vasitələrində və sosial şəbəkələrdə iki ölkənin strateji müttəfiqliyini, möhkəm əlaqələrini və “Bir millət, iki dövlət” prinsipini hədəfə alan materialların yayıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, bu cür paylaşımlar Türkiyə və Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməyə, eləcə də regionda sülh və sabitliyə zərər vurmağa hesablanmış informasiya manipulyasiyasıdır.

Mərkəzin bəyanatında vurğulanıb ki, Türkiyə ilə Azərbaycan ortaq tarix, mədəniyyət və qardaşlıq bağları əsasında bütün sahələrdə əməkdaşlığı davam etdirir. Bildirilib ki, iki ölkənin strateji tərəfdaşlığı, birgə təşəbbüsləri və əməkdaşlıq layihələri fonunda manipulyativ açıqlamalar vasitəsilə ictimai rəyi çaşdırmaq cəhdləri nəticə verməyəcək.

Qurum, həmçinin ictimaiyyəti psixoloji təsir məqsədi daşıyan bu cür məlumatlara inanmamağa və məsələlərlə bağlı yalnız rəsmi qurumların açıqlamalarına əsaslanmağa çağırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: