Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin şəhərə olan dron hücumları səbəbilə Moskvaya eniş edə bilmədiyi iddia olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Bildirilir ki, “Rossiya” prezident aviasiya dəstəsinə məxsus dörd təyyarə paytaxt yaxınlığında gözləmə zonasında dövrə vurur. Onlardan üçü Vladimir Putinin səfərinin başa çatdığı Türkmənistandan qayıdan təyyarələrdir.
Məlumatlara görə, təyyarələrdən ikisi Sankt-Peterburqa istiqamətlənib.
Putinin hansı təyyarədə olduğu dəqiq məlum deyil.
Əliyar Xəlil