Uşaq xəstəxanasının həyətindən körpə meyiti tapıldı – YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkarlanıb.

Sumqayıt Tibb Mərkəzindən Globalinfo.az-a məlumat verilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib. Hadisəyə müvafiq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

***

Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

***

Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.

Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.

Meyit ərazidən götürülərək təhvil verilib.