Azərbaycanlı hərbçi Qarabağda döyüşən erməni “vaqnerçi”ni əsir götürdü – VİDEO

Ukraynada müharibə davam edir.

Globalinfo.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən sutka ərzində Donetsk, Zaporojye, Nikolayev, Xerson vilayətləri uzunmüddətli raket hücumuna məruz qalıblar.

Məlumata görə, Baxmut və Soledarda ağır döyüşlər davam edir.

O da bildirilib ki, həmin istiqamətdə əsir düşən “vaqnerçi”lər arasında Arayik Tumanyan adlı erməni də var.

“O, 1992-93-cü illərdə Qarabağda da döyüşüb. Onu əsir götürənlərdən biri də Ukrayna ordusunun azərbaycanlı hərbçisidir”, – deyə jurnalist əlavə edib.