Ukrayna Kurskda 74 yaşayış məntəqəsini nəzarətə götürdü – VİDEO

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 74 yaşayış məntəqəsinə nəzarət edir,

Globalinfo.az xəbər verir ki, bu sözləri Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski Prezident Zelenskiyə məruzəsində deyib.

O bildirib ki, bu gün Kursk vilayətində 40 kvadrat kilometr ərazi nəzarətə götürülüb.

Xatırladaq ki, Ukrayna avqustun 12-də öz döyüşçülərinin Kursk vilayəti ərazisinə daxil olduğunu rəsmən təsdiqləyib. Rusiya tərəfindən isə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Rusiya prezidenti Vladimir Putinə məruzə edərkən bildirib ki, Kreml regionda 28 yaşayış məntəqəsinə nəzarəti itirib.