“Tarqovı”dakı atışmanın görüntüləri: insanlar qaçır… – ANBAAN VİDEO

“Tarqovı”da qısa müddət davam edən atışma səslərinin eşidildiyi barədə məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanalları və digər sosial şəbəkələrdə yazılıb.

Bildirilir ki, bu gün hipermarketə hücum edən silahlı şəxslər paytaxtın “Tarqovı” adlanan ərazisində, “McDonalds”ın yaxınlığında ələ keçərkən polisə silahlı müqavimət göstəriblər. Nəticədə onlardan biri məhv edilib, digəri tutulub.

Hazırda ərazi polisin nəzarəti altındadır.

Qeyd edək ki, martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində Unibank Kommersiya Bankı ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.