rusiya ordusu 33

Rusiya Silahlı Qüvvələri avqustun 31-nə keçən gecə Ukrayna ərazisinə iri raket zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

“Gecə hücumu zamanı Kh-101 raketlərindən istifadə edilib. Əsas zərbə Odessa vilayətinə dəyib. Limanlar, gəmi təmiri zavodu, anbarlar və hərbi obyektlər atəşə tutulub.  İliçevskdə rayonun bir hissəsi işıqsız qalıb”, – deyə bildirilib.

Bundan əlavə, raket yanacağı istehsalı zavodunun yerləşdiyi Pavloqradda, eləcə də Dnepropetrovsk vilayətinin kənarında partlayışlar baş verib.

Əliyar Xəlil
lobalinfo.az 

Paylaş: