y%C9%99hudi

Londonun şimalında, Qolders-Qrin rayonunda bıçaqlı hücum nəticəsində iki nəfər yəhudi yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” və “BBC News” məlumat yayıb.

Yəhudi icmasının təhlükəsizliyi ilə məşğul olan “Şomrim” təşkilatının məlumatına görə, həmin ərazidə yaşayan yəhudi icmasının üzvlərinə bıçaqla hücum cəhdi həyata keçirilib. Onu əvvəlcə təşkilatın əməkdaşları zərərsizləşdirib, daha sonra hadisə yerinə gələn polis şübhəli şəxsə qarşı elektroşok cihazı tətbiq edib.

London meri Sadiq Xan bildirib ki, hər iki zərərçəkən şəhərdə yaşayan yəhudilərdir. O, hücumu “iyrənc” hərəkət adlandıraraq vurğulayıb ki, cəmiyyətdə antisemitizmə heç bir halda yer olmamalıdır.

“BBC”yə danışan yerli sakin qeyd edib ki, yaralılardan biri mağaza yaxınlığında, digəri isə sinaqoq yerləşən küçədə xəsarət alıb.

“Sky News”un məlumatına görə, bu, son aylarda Qolders-Qrin rayonunda baş verən ilk belə hücum deyil. Belə ki, mart ayında həmin ərazidə yəhudi icmasına məxsus təcili tibbi yardım avtomobilləri yandırılıl. Bu rayonda böyük yəhudi icmasının yaşadığı vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: