WhatsApp Image 2026 07 09 at 20.42.20

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyənin “F-35” döyüş təyyarələri əldə etməsi ehtimalı ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Mitsotakis başqa ölkələrin seçimlərini şərh etməyin onun işi olmadğını deyib.

Yunanıstanın ABŞ-a silah sistemlərini kimə satmalı olub-olmadığını diktə etmək hüququ yoxdur.
Hazırda ABŞ qanunvericiliyində Türkiyənin “F-35” qırıcılarını almasına mane olan ciddi hüquqi məhdudiyyətlər mövcuddur. Eyni zamanda vurğulamaq istərdim ki, Yunanıstan artıq öz “F-35” döyüş təyyarələrini sifariş edib”, – deyə Mitsotakis vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: