“Türk Ulduzları”nın F-5 təyyarəsi qəzaya uğradı – VİDEO

Təlim uçuşu həyata keçirən “Türk Ulduzları”na məxsus F-5 təyyarəsi eniş edərkən qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, Konyada baş verən qəza zamanı təyyarənin pilotu paraşütlə tullanmağı bacarıb.

Qəzaya uğrayan təyyarənin “Türk Ulduzları”nın parkına düşdüyü bildirilib.

Katapult edən pilot təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Təyyarənin düşdüyü əraziyə çoxlu sayda polis, yanğınsöndürən və hərbi qruplar göndərilib.

Konya valisi bildirib ki, qəza nəticəsində bir nəfər həlak olub.