“ABŞ Prezidenti Donald Tramp Tayvana silah tədarükünün dayandırılacağını vəd edib. O, bu mövzuda əvvəlki sərt mövqeyini dəyişib”.
Globalinfo.az xəbər verir kii, bunu analitik Dmitri Suslov deyib.
“ABŞ və Çin münasibətlərində ən gərgin məsələ Tayvandır. Tramp Tayvana silah tədarüklərinin dayandırılacağını vəd edib”, – deyə o qeyd edib.
Suslovun sözlərinə görə, bundan əlavə, ABŞ Prezidenti Tayvan rəhbərliyini daha təmkinli olmağa çağırıb:
“O, ABŞ-ın Tayvanın müstəqillik elanını dəstəkləməyəcəyini bildirib və ümumilikdə Vaşinqtonun adanı müdafiə etmə öhdəliyini də şübhə altına alıb. Trampın sözləri Çinin liderinin təzyiqi nəticəsində verilmiş güzəşt kimi qiymətləndirilib”.
Əliyar Xəlil
Globalinfo.az