Tramp seçkidə qalib gəlsə, İlon Maska bu vəzifəni verəcək

Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə İlon Maska hansı vəzifəni təklif edəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Tramp qalib gələcəyi təqdirdə hökumətin səmərəliliyini artırmaq üçün komissiya yaradacağını deyib.

Tramp həmçinin milyarder himayədarı İlon Maskın bu quruma rəhbərlik etməyə razılaşdığını bildirib.

“Mən hökumətin səmərəliliyini artırmaq üçün komissiya yaradacam. Ona bütün federal hökumətin tam maliyyə və performans auditini aparmaq, eləcə də köklü islahatlar həyata keçirmək səlahiyyəti verəcəm”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ilon Mask ABŞ-ın keçmiş prezidenti ilə bu məsələni müzakirə etdiyini və departamentdə işləməkdə maraqlı olacağını bildirib.

“Fürsət yaransa, mən Amerikaya xidmət etməyi səbirsizliklə gözləyirəm” – deyə Mask bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az