ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, Trampın Zelenski ilə görüşü axşam saatlarında başlayacaq və görüş üçün bir saat ayrılıb.
ABŞ lideri, həmçinin Danimarka, Böyük Britaniya və Yaponiya baş nazirləri ilə görüşlər keçirəcək.
Ukrayna tərəfinin açıqladığı məlumata görə, Tramp və Zelenskinin görüşündə münaqişənin nizamlanması ilə bağlı gələcək diplomatik səylər, enerji məsələləri, hava hücumundan müdafiə sistemlərinin tədarükü və Ukraynada ABŞ lisenziyası əsasında “Patriot” kompleksləri üçün raketlərin mümkün istehsalı müzakirə olunacaq.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışı sentyabrın 8-də Nyu-Yorkda keçirilib. Sessiya çərçivəsində ənənəvi olaraq yüksək səviyyəli həftə təşkil olunacaq. Ümumi debatlar sentyabrın 22-dən 26-dək, həmçinin sentyabrın 28-də keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az