Tramp 1 900x506 2

Rusiya təəssüf ki, Ukrayna ilə müharibə səbəbindən dizel yanacağı sənayesinə nəzarəti itirib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Onların çoxsaylı dizel emalı zavodları partladılıb və ən azı müvəqqəti olaraq fəaliyyətini dayandırıb”, – deyə o qeyd edib.

ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasının vacibliyini vurğulayıb:

“Bu gülünc və heç vaxt bitməyən müharibə başa çatdırılmalıdır. Bütün dünya əziyyət çəkir, çünki hər ay, əsasən hərbçilər olmaqla, 25 min insan öldürülür. Necə də təəssüf doğuran haldır!”

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: